Əfqanıstanın vitse-prezidenti 14 aydan sonra Kabilə qayıtdı və… partlayışla qarşılandı

22-07-2018, 21:00           
Əfqanıstanın vitse-prezidenti 14 aydan sonra Kabilə qayıtdı və… partlayışla qarşılandı
Əfqanıstana qayıtmış birinci vitse-prezident Əbdül Rəşid Dostum Kabil aeroportunu tərk etdikdən sonra yaxınlıqda partlayış baş verib.

Bu barədə “Agence France-Presse” məlumat yayıb. Partlayış siyasətçinin tərəfdarlarının toplaşdığı yerdə olub.

Bu, təqib edilən Əbdül Rəşid Dostumun 2017-ci ildə Türkiyəyə getdikdən sonra vətənə ilk qayıdışı idi.

TASS xəbər verir ki, Əfqanıstan Daxili İşlər Nazirliyinin mətbuat katibi Nəcib Danişin sözlərinə görə, hadisə güman ki, intiharçı-terrorçu tərəfindən törədilib.

Əfqanıstanın “TOLOnews” telekanalı yerli məmurlara istinad edərək partlayış nəticəsində həlak olanların əksəriyyətinin təhlükəsizlik qüvvələrinin əməkdaşları olduğunu bildirib.

Çarter reyslə gələn Əbdül Rəşid Dostumun olduğu təyyarə Hamid Karzai adına beynəlxalq aeroportda enib. Yüzlərlə insan, o cümlədən yüksək vəzifəli məmurlar onu qarşılamaq üçün aeroportda toplaşmışdılar. Siyasətçi Türkiyədə 14 ay qalıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]