25 məşhur riyaziyyatçı alimdən süni intellektlə bağlı xəbərdarlıq

13-09-2026, 12:44           
25 məşhur riyaziyyatçı alimdən süni intellektlə bağlı xəbərdarlıq
Filds mükafatına layiq görülmüş 25 riyaziyyatçı alimdən ibarət qrup açıq məktubla çıxış edərək süni intellektin (Sİ) elmdə tətbiqinin yarada biləcəyi mənfi nəticələr barədə xəbərdarlıq edib.

Oxu.Az xəbər verir ki, məktubun mətni "Math and AI" portalı tərəfindən dərc olunub.

Müraciətdə bildirilir:

"Süni intellekt şirkətlərinin səmərəlilik göstəricisi kimi riyazi məsələlərin həllinə can atması riyaziyyat elminə və cəmiyyətinə zərər vurur. Sİ sahəsində fəaliyyət göstərən şirkətlərlə riyaziyyat cəmiyyətinin məqsədləri bir-birindən ciddi şəkildə fərqlənir".

Qeyd olunur ki, alimlər bu uyğunsuzluğu digər elmi və yaradıcı peşələrə, eləcə də bütövlükdə cəmiyyətə təsir edən daha qlobal problemin tərkib hissəsi kimi qiymətləndirirlər. Tədqiqatçılar əlavə ediblər ki, son aylarda neyroşəbəkələrin mürəkkəb riyazi problemlərin həllindəki uğurları elmi ictimaiyyətin hüdudlarından kənarda da müzakirə mövzusuna çevrilib. Lakin məktub müəllifləri vurğulayıblar ki, məsələlərin həlli riyazi konsepsiyaların dərindən dərk edilməsindən ibarət olan əsas məqsədə çatmaq üçün sadəcə bir alət və vasitədir.

Onların qənaətinə görə, problemlərin sürətli həlli yeni metodların kəşfinə vaxt saxlamır, həmçinin müəlliflik və plagiatla bağlı problemlər yaradır. Riyaziyyatçılar süni intellektin elmi tədqiqatları sürətləndirmək potensialını etiraf etsələr də, onun tətbiqinin nəticələrinin yalnız insanlardan və onların alqoritmlərdən istifadə prinsiplərindən asılı olacağını bildiriblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]