ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”

12-09-2026, 12:38           
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
ABŞ-də kritik əhəmiyyətli sursat ehtiyatları tarixdə ən aşağı səviyyəyə düşüb.

Bu barədə "The New York Times” yazıb.

Nəşrin məlumatına görə, ABŞ vitse-prezidenti Cey Di Vens yaz və yay aylarında Yaxın Şərq, Avropa və Asiyada yerləşən amerikalı zabitlərlə şəxsən görüşüb. O, qoşunların silah-sursat ehtiyatları və Yaxın Şərqə silah tədarükünün ABŞ ordusunun Çin, Rusiya və Şimali Koreyanı çəkindirmək imkanlarına necə təsir göstərəcəyi ilə bağlı hərbçilərin real qiymətləndirmələrini dinləyib.

Nəşr yazır ki, ekspertləri ən çox "Patriot” hava hücumundan müdafiə sistemləri üçün nəzərdə tutulan raketlərin tükənməsi narahat edib. Yazın sonuna olan məlumata görə, hərbi əməliyyatların getdiyi məkanlardan birində 100-dən az belə raket qalıb.

Bundan əlavə, ABŞ ordusunun taktiki raket kompleksləri və onları əvəz etməli olan yüksək dəqiqlikli zərbə raketlərinin ehtiyatlarının da azaldığı bildirilir. Məqalədə qeyd olunub ki, kritik əhəmiyyətli sursat ehtiyatları ABŞ tarixində ən aşağı səviyyəyə düşüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]