Ata süni intellekt şirkəti qurur, övladı “dur” deyir — VİDEO

12-09-2026, 09:24           
Ata süni intellekt şirkəti qurur, övladı “dur” deyir — VİDEO
“Tesla” şirkətinin rəhbəri İlon Maskın transgender övladı Vivian Uilson İspaniyanın məşhur “Desigual” moda brendinin süni intellektə qarşı yönəlmiş etiraz kampaniyasında çəkilib.

Brendin 2026-cı il üçün nəzərdə tutulan reklam çarxı “Born to Disobey” (“İtaət etməmək üçün doğulanlar”) adlanır.

Çarxda Uilson “Tesla Optimus” modelinə bənzər “DESI 84” adlı məişət robotunu təhqiredici şəkildə istifadə edir və onu xaltada gəzdirir. Nəticədə sistemdə xəta yaranır və robot sıradan çıxır. Brendin mətbuat xidməti bu addımın “sistemə tabe olmamaq, azadlıq və ironiyanı nümayiş etdirmək” məqsədi daşıdığını bildirib.

Vivian Uilson isə “People”a verdiyi açıqlamada süni intellektin yaradıcı insanların işini əlindən aldığını bəyan edib:

“Sənət insan yaradıcılığı vasitəsilə ifadə olunan emosiyadır. Emosiyalar təbiətən insana məxsus olduğu üçün süni intellekt əsəri ilkin ideyasından məhrum edir və onu rənglərlə formaların plagiatı ilə əvəzləyir”.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]