ABŞ-də istehsalçı inflyasiyası “Bitcoin” və qızılı ucuzlaşdırdı, neft bahalaşdı

11-09-2026, 15:44           
ABŞ-də istehsalçı inflyasiyası “Bitcoin” və qızılı ucuzlaşdırdı, neft bahalaşdı
ABŞ-də istehsalçı qiymətləri indeksinin (PPI) gözləntiləri üstələməsi “Bitcoin” və qızılın ucuzlaşmasına, istiqraz gəlirləri və neft qiymətlərinin isə yüksəlməsinə səbəb olub.

Valyuta.az xəbər verir ki, ABŞ-də illik istehsalçı inflyasiyası gözlənilən 5,3%-ə qarşı 5,4% təşkil edib. İyulda isə bu göstərici 4,7% olub.

Göstəricinin yüksəlməsi istehsal xərclərinin artması və bunun qarşıdakı dövrdə istehlak qiymətlərinə də təsir göstərə biləcəyi ilə əlaqələndirilir.

Məlumatların açıqlanmasından sonra “Brent” markalı neftin bir barelinin qiyməti 105 dolları ötüb. Bu, mayın 22-dən bəri ilk belə göstəricidir. Neftin bahalaşmasına təsir edən amillərdən biri kimi İranın dəstəklədiyi husilərin Yəməndə Qırmızı dənizə yaxın Mocha şəhərini ələ keçirməsi barədə xəbərlər göstərilir.

ABŞ dövlət istiqrazlarının gəlirliliyində də yüksəliş davam edib. 10 illik istiqrazların gəlirliliyi 4,90%-i keçib, 30 illik istiqrazların gəlirliliyi isə 5,34%-ə yüksələrək 2007-ci ildən bəri ən yüksək səviyyəyə çatıb.

PPI göstəriciləri “Bitcoin” və qızılın qiymətinə isə mənfi təsir edib. “Bitcoin” 76 650 dollara, qızılın bir unsiyasının qiyməti isə 4 320 dollara qədər geriləyib.

ABŞ-də növbəti olaraq Federal Ehtiyat Sisteminin (FED) qərarlarına təsir edən əsas göstəricilərdən biri – istehlak qiymətləri indeksi (CPI) açıqlanacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]