Trampdan 1,5 trilyon dollarlıq vəd: “Hər kəsə 5 min dollar verəcəyəm”

11-09-2026, 17:24           
Trampdan 1,5 trilyon dollarlıq vəd: “Hər kəsə 5 min dollar verəcəyəm”
ABŞ Prezidenti Donald Tramp Respublikaçılar Partiyasının noyabrda keçiriləcək aralıq seçkilərində həm Senatda, həm də Nümayəndələr Palatasında çoxluğu qoruyacağı təqdirdə hər yetkin ABŞ vətəndaşına 5 min dollar veriləcəyini vəd edib.

Valyuta.az xəbər verir ki, Tramp bu barədə Texas ştatının Dallas şəhərində Respublikaçılar Partiyasının aralıq seçkilərlə bağlı toplantısında çıxışı zamanı danışıb.

Tramp bildirib ki, Respublikaçılar həm Nümayəndələr Palatasında, həm də Senatda qalib gəlsələr, ABŞ-də hər yetkin vətəndaşa 5 min dollarlıq ödəniş ediləcək. O, bu vəsaitin yalnız ABŞ ərazisində xərclənməsi şərtini də irəli sürüb.

Prezident ödənişlərin hansı mənbədən maliyyələşdiriləcəyi barədə isə ətraflı məlumat verməyib. Təklifin həyata keçirilmə mexanizmi də hələlik açıqlanmayıb.

ABŞ-də təxminən 270 milyon yetkinin olduğu nəzərə alınarsa, hər birinə 5 min dollar ödənilməsi ümumilikdə 1,35 trilyon dollara başa gələ bilər.

Bununla yanaşı, belə bir ödənişin həyata keçirilməsi üçün Konqresin təsdiqinin tələb oluna biləcəyi bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]