İranda yanacaq qənaəti üçün gözlənilməz qərar: Konfrans zalları bağlanacaq

11-09-2026, 00:06           
İranda yanacaq qənaəti üçün gözlənilməz qərar: Konfrans zalları bağlanacaq
İranda yanacağa qənaət məqsədilə bir sıra dövlət obyektlərinin bağlanması planlaşdırılır.

İran Prezidenti Məsud Pezeşkian dövlətə məxsus konfrans zalları, üzgüçülük hovuzları və binaların böyük hissəsinin bağlanacağını və ya birləşdiriləcəyini açıqlayıb.

Pezeşkian bildirib ki, bu addım elektrik enerjisinin istehsalında istifadə olunan yanacağa qənaət etmək və enerji istehlakının səmərəliliyini artırmaq məqsədi daşıyır.

İran prezidenti həmçinin dövlət qurumlarının binalarında damüstü günəş panellərinin quraşdırılmasının genişləndirilməsinin gündəmdə olduğunu deyib.

O, enerji istehlakının azaldılması prosesində həm dövlət qurumlarının, həm də vətəndaşların üzərinə məsuliyyət düşdüyünü vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]