Bütün Rusiya ərazisində miqrantlara nəzarət üzrə yenilik tətbiq olunacaq
10-09-2026, 17:44
"Miqrantların ölkəyə daxil olmaları və yerdəyişmələri üzərində biometrik nəzarət sisteminin ("Amina" tətbiqinə bənzər) bütün Rusiya ərazisində tətbiq olunması planlaşdırılır".
Bu barədə Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev "Vedomosti" qəzetinə müsahibəsində bildirib.
"Amina" xidməti hazırda Moskva və Moskva vilayətində fəaliyyət göstərir.
"Biz məhz bu yanaşmanı tətbiq etməyi planlaşdırırıq. Moskva yeni sistemin tətbiqi üçün böyük poliqona çevrilib və kifayət qədər zəngin təcrübə toplayıb", - deyə o, bildirib.