KİV: İran gizli nüvə inşaatını fəallaşdırıb

10-09-2026, 11:38           
KİV: İran gizli nüvə inşaatını fəallaşdırıb
İran Natanz nüvə kompleksindən iki kilometr məsafədə, Kolanq Qaz-La dağının altında yerləşən məxfi obyektdə gizli tikinti işlərini fəallaşdırıb. Ehtimallara görə, bu obyekt nüvə proqramının əsas strukturlarını yerləşdirmək üçün mühafizə olunan yeraltı kompleks kimi inşa edilir.

Bu barədə CNN telekanalı obyektdə son altı ilin maksimum nəqliyyat fəallığını qeydə alan profil təşkilatlarının peyk təsvirlərinin təhlilinə istinadən xəbər verir.

Ekspertlər ehtimal edirlər ki, Tehran qazıntı işlərini başa çatdırıb və dağın daxilində uranın zənginləşdirilməsi üçün sentrifuqaların quraşdırılmasına başlayıb.

Obyektin əsas zalları qranit süxurların altında, təxminən 100 metr dərinlikdə qazılıb. Bu da onu ABŞ-nin adi bunker bombalarına qarşı potensial olaraq davamlı edir. Yayımçının mənbələrinin verdiyi məlumata görə, bununla əlaqədar Pentaqon ən dərin bunkerləri məhv edə bilən yeni növ silahların təcili sınaqlarını keçirir.

Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Tehranın nüvə iddialarının qarşısını almaq üçün önləyici tədbirlər çərçivəsində sözügedən yeraltı kompleksə zərbə endirmək imkanını nəzərdən keçirdiyini bildirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]