Trampa etiraz: Kanadada "amerikano" qəhvəsi yenidən "kanadiano" ilə əvəz edilir

9-09-2026, 09:22           
Trampa etiraz:
Kanada kafelərində ənənəvi "amerikano" qəhvəsi "kanadiano" ilə əvəz edilir.

Oxu.Az "Sinhua" agentliyinə istinadən xəbər verir ki, iaşə obyektləri bununla ABŞ və Kanada arasındakı ticarət gərginliyinə öz münasibətlərini bildirirlər.

Ottavada yerləşən kafelərdən biri "amerikano"nu menyusundan çıxararaq adını "kanadiano" olaraq dəyişdirib.

Qeyd edək ki, Kanada kafelərində "amerikano"nun adının siyasi etiraz vasitəsi kimi dəyişdirilməsi ilk belə hal deyil. Ötən il Toronto şəhərindəki bəzi qəhvəxanalar da Donald Trampın yürütdüyü siyasətə etiraz olaraq bu içkini "kanadiano" adlandırmışdılar.

Xatırladaq ki, ABŞ prezidentinin Kanada mallarına 50 faizlik gömrük rüsumu tətbiq etməsindən sonra iki ölkə arasında ticarət gərginliyi daha da kəskinləşib. Buna cavab olaraq rəsmi Ottava adekvat tədbirlər görəcəyini açıqlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]