Kanada ABŞ-a cavab verdi: Cavab rüsumları qüvvəyə mindi

8-09-2026, 16:08           
Kanada ABŞ-a cavab verdi: Cavab rüsumları qüvvəyə mindi
Kanada hökumətinin ABŞ-ın Kanada məhsullarına tətbiq etdiyi tariflərə cavab olaraq açıqladığı cavab gömrük rüsumları rəsmi olaraq qüvvəyə minib.

Referans Media xəbər verir ki, ABŞ və Kanada arasında ticarət gərginliyinin artması fonunda Ottava Vaşinqtonun tətbiq etdiyi məhdudiyyətlərə qarşı müxtəlif ABŞ məhsullarına əlavə gömrük rüsumları tətbiq etməyə başlayıb.

ABŞ-ın təxminən 20 milyard dollar dəyərində məhsulunu əhatə edən yeni tariflər bu gündən etibarən qüvvəyə minib.

Məlumata görə, əlavə rüsumlar geyim məhsulları, pendir, metal hissələri, taxta məmulatları və digər məhsullara şamil olunur.

ABŞ administrasiyası iyulun 21-də Kanadanı Amerika məhsullarına qarşı "ayrı-seçkilik xarakterli" siyasət yürütməkdə ittiham etmiş və bu ölkədən idxal edilən bəzi mallara 50 faiz gömrük rüsumu tətbiq ediləcəyini açıqlamışdı.

Kanada hökuməti isə avqustun 25-də ABŞ-ın Kanada mallarına tətbiq etdiyi təxminən 20 milyard dollarlıq 50 faizlik tariflərə cavab olaraq, sentyabrın 8-dən etibarən ABŞ məhsullarına 15, 25 və ya 50 faiz həcmində gömrük rüsumlarının tətbiq ediləcəyini bəyan etmişdi.

Yeni tariflərin dərəcəsi ABŞ-ın müvafiq məhsullara tətbiq etdiyi rüsumlarla uyğunlaşdırılıb.

Bu addım ABŞ və Kanada arasında son aylarda dərinləşən ticarət qarşıdurmasının növbəti mərhələsi kimi qiymətləndirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]