Trampdan diqqətçəkən xəritə: Kanada və Qrenlandiya ABŞ bayrağının rənglərində
8-09-2026, 00:10
ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında Kanada, Meksika və Qrenlandiyanın ABŞ bayrağının rəngləri ilə göstərildiyi xəritə paylaşıb.
Yenicag.az xəbər verir ki, Tramp xəritəni hər hansı şərhlə müşayiət etməyib.
Xəritədə ABŞ bayrağının rəngləri ilə yanaşı Mərkəzi Amerika, Karib hövzəsi ölkələri və İslandiya da təsvir olunub.
Qeyd edək ki, Tramp daha əvvəl də Kanada və Danimarkanın muxtar ərazisi olan Qrenlandiyanın ABŞ-yə birləşdirilməsi ehtimalı ilə bağlı dəfələrlə açıqlamalar verib.
ABŞ Prezidenti, həmçinin sosial şəbəkədə ölkənin bir neçə xəritəsini paylaşaraq Nyu-Meksiko ştatının “Nyu-Amerika” adlandırılmasını təklif edib. Tramp daha əvvəl bu ad dəyişikliyini dəstəklədiyini açıqlamışdı.