Yüzlərlə miqrant qayıqlarla Böyük Britaniyaya gəldi

8-09-2026, 11:24           
Yüzlərlə miqrant qayıqlarla Böyük Britaniyaya gəldi
Böyük Britaniyanın Daxili İşlər Nazirliyi sentyabrın 6-da 8 qayıqla ölkəyə gələn 625 miqrantın Dover və Portsmut sahillərinə çıxarıldığını açıqlayıb.

TEREF BBC-yə istinadla xəbər verir ki, Portsmutda miqrantları daşıyan sahil mühafizə qayıqlarının limana çatması etirazlarla müşayiət olunub. Aksiya iştirakçıları əvvəlcə miqrantların sahilə çıxmasına, daha sonra isə onları miqrant mərkəzlərinə aparan avtobusların ərazidən ayrılmasına mane olmağa çalışıblar. Hadisələr zamanı polis, sahil mühafizəsi və sərhəd xidmətinə məxsus avtomobillərə ziyan vurulub. Bir neçə polis əməkdaşına aldığı xəsarətlərə görə hadisə yerində tibbi yardım göstərilib. Hüquq-mühafizə orqanları hadisələrdə iştirak edən şəxslərin müəyyənləşdirilməsi üçün araşdırmaya başlayıb.

Rəsmi məlumatlara görə, bu il yanvarın 1-dən sentyabrın 5-dək La-Manş boğazını kiçik qayıqlarla keçərək, Böyük Britaniyaya gələnlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 43 faiz azalıb. Buna baxmayaraq, hər il minlərlə insan bu yolla ölkəyə gəlməkdə davam edir./Azərtac/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]