Kim Çen In qızı ilə GÖRÜNTÜLƏNDİ

7-09-2026, 17:58           
Kim Çen In qızı ilə GÖRÜNTÜLƏNDİ
Şimali Koreya lideri Kim Çen In qızı Kim Çju E ilə birlikdə "Kan Qon" esminesinin silahlı qüvvələrə qəbul edilməsi mərasimində iştirak edib.

Referans Media xəbər verir ki, Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) dərc etdiyi fotoşəkillərə əsasən, Kim Çen In və qızı gəmi heyətinin üzvləri ilə birlikdə xatirə şəkli çəkdiriblər.

Sentyabrın 6-da keçirilən mərasimdə Kim Çen Inı həyat yoldaşı Li Sol Çju da müşayiət edib. Şimali Koreya lideri Vonsan limanına "Aurus" avtomobili ilə gəlib.

Xatırladaq ki, "Kan Qon" esminesi 2025-ci ilin mayında suya buraxılma cəhdi zamanı aşmışdı. Gəmi bərpa olunub və həmin ilin iyununda onun suya buraxılması başa çatdırılıb.

Yaponiya müstəmləkəçiliyinə qarşı mübarizə aparmış milli-inqilabi hərəkatın qəhrəmanının şərəfinə adlandırılan bu gəmi "Çhve Hyon" sinfinin ikinci gəmisidir. Kim Çen In mərasimdə gəminin "nüvə reaksiya sisteminin" tərkib düşərgəsinə daxil olduğunu və əmr gəldiyi təqdirdə "düşmənlərə dağıdıcı zərbə endirəcəyini” qeyd edib. Şimali Koreya liderinin sözlərinə görə, bu gəmi "mahiyyət etibarilə hücum xarakterli" silah növüdür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]