ABŞ silah istehsalında Çindən kritik dərəcədə asılıdır
6-09-2026, 11:08

ABŞ hərbi-sənaye kompleksi üçün həyati əhəmiyyət daşıyan bir sıra zəruri materialların istehsalı və emalınnda Çindən ciddi asılılıq mövcuddur. Çin dünya volfram hasilatının təxminən 79%-ni, ilkin qallium istehsalının isə 98–99%-ni təmin edir. ABŞ isə 2015-ci ildən kommersiya miqyasında volfram hasil etmir.
Bu, sadəcə iqtisadi məsələ deyil. Volfram raketlərdə, zirehdələn sursatlarda, hərbi aviasiya və zirehli texnikada, qallium isə müasir radarlar, hərbi rabitə və yüksək tezlikli elektronikada istifadə olunur. Çin nadir torpaq elementlərində də dominant mövqedədir. Təkcə bir F-35-də 400 kq-dan çox nadir torpaq elementi istifadə olunur. Bu materiallar Tomahawk raketləri, PUA-lar, sualtı qayıqlar və digər müasir silahlar üçün də vacibdir. Patriot və digər müasir radar sistemlərində isə qallium əsaslı GaN texnologiyasının rolu artır.
Çin ixracı dayandırsa, uzunmüddətli və intensiv müharibədə ABŞ ordusu raket və sursat ehtiyatlarını çətin bərpa etsin. Paradoks da bundadır: ABŞ Çinlə mümkün müharibəyə hazırlaşır, amma həmin müharibədə istifadə edəcəyi silahların istehsalında hələ də Çindən asılıdır.
NƏTİCƏ: ABŞ dünya hegemonluğunu artıq itirib!
Fuad Arif Oğlu Ağayev

