KİV: Hakerlər Almaniya hökumətinin rabitə kanalları barədə məlumatları yayıblar

6-09-2026, 12:38           
KİV: Hakerlər Almaniya hökumətinin rabitə kanalları barədə məlumatları yayıblar
Berlin Senatının şəbəkəsini sındıran hakerlər şəhər administrasiyasının girov ödəməkdən imtina etməsindən sonra Almaniya hökumətinin fövqəladə hallar üçün nəzərdə tutulmuş rabitə kanalları barədə məlumatları açıq şəkildə yayıblar.

Bu barədə "Bild" nəşrinə alman araşdırmaçı jurnalist Lars Vinkelstorf məlumat verib.

Şəhər administrasiyasının dəftərxanası avqustun 17-də Senatın şəbəkəsinin ələ keçirildiyini və hökumət orqanlarının araşdırmaya başladığını açıqlayıb.

Daha sonra RBB teleradio şirkəti "Rhysida" haker qrupunun Berlin hökumətinin 2 milyon avro girov ödəməkdən imtina etməsindən sonra Senatdan oğurlanmış təxminən 1.4 milyon faylı "darknet"də yayımladığını bildirib.

"Şəbəkədə təkcə əyalət kriminal polisinin araşdırmaları ilə bağlı sənədlər deyil, həm də müharibə şəraitində fəaliyyət planları, hətta Almaniya hökumətinin dünyanın sonuna hesablanmış məxfi rabitə kanalları da yayımlanıb", - Vinkelstorf deyib.

Bundan əlavə, Almaniya hökumət orqanlarının kimyəvi, bioloji, radioloji və nüvə təhdidləri ilə bağlı olduğu ehtimal edilən qovluq da ictimaiyyətə açıqlanıb.

Qəzetin məlumatına görə, paytaxt idarələrinin əməkdaşlarının şəxsi məlumatları, o cümlədən doğum haqqında şəhadətnamələri, telefon nömrələri və ev ünvanları da internetə sızdırılıb. Bundan başqa, hakerlər "darknet"də tikinti çertyojlarını və müxtəlif fövqəladə hallar zamanı istifadə üçün təlimatları yerləşdiriblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]