KİV: Ukraynada hərbi bölmələrə atəşkəs əmri verilib

5-09-2026, 09:06           
KİV: Ukraynada hərbi bölmələrə atəşkəs əmri verilib
Ukrayna Müdafiə Qüvvələrinin bölmələri sentyabrın 5-i saat 00:00-dan (Bakı vaxtı ilə saat 01:00 - red.) sentyabrın 8-i saat 23:59-dək (Bakı vaxtı ilə sentyabrın 9-u saat 00:59 - red.) döyüş təması xəttində sükut rejiminə riayət etmək barədə əmr alıblar.

Oxu.Az bildirir ki, bu barədə "Ukrainskaya Pravda" nəşri müxtəlif istiqamətlərdə yerləşən bir neçə briqadadakı mənbələrinə və güc blokundakı yüksəkvəzifəli həmsöhbətinə istinadən xəbər verir.

"Mənbələrin verdiyi məlumata görə, Müdafiə Qüvvələrinin bölmələrinə sükut rejiminə riayət olunması barədə tapşırıq daxil olub", - deyə nəşrin materialında bildirilir.

Bununla belə, Ukrayna hakimiyyəti və ya hökumət rəsmiləri tərəfindən məsələ ilə bağlı hələlik rəsmi məlumat verilməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]