Zelenskinin ofisində axtarış aparıldı

5-09-2026, 09:29           
Zelenskinin ofisində axtarış aparıldı
“Ukrayna Milli Anti-Korrupsiya Bürosu (NABU) Prezident Volodimir Zelenskinin Ofisində istintaq tədbirləri keçirib”.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının deputatı Oleksiy Qonçarenko öz Telegram kanalında məlumat paylaşıb.

“NABU Prezident Ofisində istintaq tədbirləri aparır”, – deyə deputat bildirib.

O, başqa təfərrüat açıqlamayıb.

Qeyd edək ki, bundan öncə NABU və Xüsusi Anti-Korrupsiya Prokurorluğunun (SAP) Baş Prokurorluqda da axtarışlara başladığı məlum olmuşdu. Məlumata görə, hüquq-mühafizə orqanları Baş Prokurorluğun yüksəkçinli məmurlarından birinin rəhbərlik etdiyi cinayətkar qruplaşmanın ifşası üzrə xüsusi əməliyyat keçirir. Sözügedən şəbəkənin dələduz zəng mərkəzlərinə (kol-sentr) “qəyyumluq” etməkdə və əmlakı leqallaşdırmaqda şübhəli bilindiyi qeyd olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]