Ukrayna Rusiyanın zərbələrinə cavab hazırlayır - "İstiqamət artıq müəyyənləşdirilib"

5-09-2026, 11:43           
Ukrayna Rusiyanın zərbələrinə cavab hazırlayır - "İstiqamət artıq müəyyənləşdirilib"
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın son hücumlarına cavab hazırladıqlarını və cavab zərbələrinin həyata keçiriləcəyi istiqamətlərin artıq müəyyənləşdirildiyini açıqlayıb.
TEREF APA-ya istinadla xəbər verir ki, Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Pokladın ölkənin Rusiyanın hücumlarına cavab olaraq aktiv tədbirlər hazırlaması barədə ona məruzə etdiyini bildirib.

“Rusiyanın zərbələrinə cavab hazırlayırıq. Cavabın istiqaməti artıq müəyyənləşdirilib”, – Zelenski deyib.

Ukrayna lideri onu da qeyd edib ki, Rusiyanın Ukraynaya qarşı hücumlarının intensivliyi azalmır və Moskva müharibənin eskalasiyasını davam etdirir. O, bundan əvvəl də Rusiyanın müxtəlif bölgələrinə qarşı Ukraynanın uzaqmənzilli zərbələrini artıracağına işarə edib.

Zelenskinin sözlərinə görə, Ukrayna öz ərazisinə endirilən zərbələrə cavab vermək üçün bütün imkanlarından istifadə etməyə hazırlaşır. O, Rusiyanın hərbi potensialına və Ukraynaya qarşı hücumların təşkilində iştirak edən obyektlərə təzyiqin artırılmasının vacibliyini vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]