Qətər XİN: "İran cavab zərbələrində təkcə ABŞ bazalarını deyil, mülki obyektləri də hədəf alıb"

5-09-2026, 00:14           
Qətər XİN: "İran cavab zərbələrində təkcə ABŞ bazalarını deyil, mülki obyektləri də hədəf alıb"
“İranın cavab zərbələrində təkcə ABŞ bazaları deyil, ölkədəki mülki yaşayış məntəqələri də hədəf alınıb”.
APA xəbər verir ki, bunu Qətərin Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari deyib.

O bildirib ki, İran raketlərinin mülki, kommersiya və yaşayış ərazilərinə də düşməsi nəticəsində 16 nəfər yaralanıb və dağıntılar qeydə alınıb. Daha sonra davam edən hücumlarda, o cümlədən bir uşağın da olduğu 3 nəfər yaralanıb.

Qətər İranın Ras Laffandakı qaz obyektinə hücumunu da rəsmən sənədləşdirib və ölkənin münaqişənin tərəfi olmadığını vurğulayıb.

İran isə hücumlarda yalnız Qətərdəki ABŞ bazalarının hədəf alındığını, mülki şəxslərin hədəf olmadığını deyərək deyilənləri təkzib edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]