ABŞ SEPAH generalının başına 10 milyon dollar mükafat qoydu - FOTO

4-09-2026, 11:38           
ABŞ SEPAH generalının başına 10 milyon dollar mükafat qoydu - FOTO
ABŞ İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kiberhücumlara cavabdeh komandirlərindən birini ölkənin mühüm infrastrukturuna qarşı kiberhücumlarda əli olmaqda ittiham edərək, onunla bağlı məlumatlara görə 10 milyon dollarlıq mükafat təyin edib.

Oxu.Az bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir.

ABŞ Dövlət Departamentinə bağlı "Ədalət üçün Mükafat" ("Rewards for Justice") proqramı Əmir Yaryabın kimliyinin müəyyən edilməsi və ya yerinin tapılmasına gətirib çıxaracaq istənilən məlumat üçün 10 milyon dollara qədər mükafat ödəniləcəyini elan edib.

Proqramın məlumatına görə, o, SEPAH-ın Kiber-Elektron Komandanlığında kiberəməliyyatlar bölməsinin məsul şəxsidir, "Şəhid Hemmət" və "Şəhid Şüştəri" adlı kiberqrupların təşkilatlanmasında və idarə olunmasında rol oynayır.

ABŞ rəsmiləri bildirirlər ki, bu qruplar Yaryabın rəhbərliyi altında Birləşmiş Ştatların vacib infrastruktur obyektlərini dağıdıcı kiberhücumların hədəfinə çevirirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]