Almaniyada benzinin qiyməti tarixi maksimuma çatdı

4-09-2026, 00:04           
Almaniyada benzinin qiyməti tarixi maksimuma çatdı
ABŞ-İran müharibəsinin yenidən alovlanması Almaniyada benzinin qiymətinin tarixi maksimuma yüksəlməsinə səbəb olub.
Alman Avtomobilçilər Klubunun (ADAC) məlumatına əsasən, “Super E10” markalı benzininin bir litrinin ölkə üzrə orta qiyməti ötən gün 2,215 avroya çatıb. Bununla da 2022-ci ilin martında qeydə alınmış əvvəlki rekord (2,203 avro) yenilənib.

Həftəlik müqayisədə də benzin bahalaşıb. “Super E10” markalı benzinin qiyməti əvvəlki həftə ilə müqayisədə 2,8 sent artaraq 2,183 avro olub. Dizelin bir litri isə 2,232 avroya ucuzlaşıb və həftə ərzində 1,6 sent aşağı düşüb.

ADAC hesab edir ki, Almaniyada yanacağın hazırkı yüksək qiymətini təkcə neft bazarındakı bahalaşma ilə izah etmək mümkün deyil və qiymətlər hələ də həddindən artıq yüksəkdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]