Yaponiya müdafiədə yeni mərhələyə keçir: Süni intellekt və PUA-lar ön planda

3-09-2026, 17:45           
Yaponiya müdafiədə yeni mərhələyə keçir:
Yaponiyanın "Mitsubishi Heavy Industries" və NEC şirkətləri müdafiə sahəsində strateji tərəfdaşlığa dair memorandum imzalayıblar.

Oxu.Az xəbər verir ki, şirkətlər çərçivə sazişi əsasında pilotsuz sistemlərin, əməliyyatların planlaşdırılması, eləcə də idarəetmə və nəzarət sistemlərinin hazırlanması istiqamətində birgə çalışacaqlar.

Əməkdaşlıq Yaponiyanın müdafiə-sənaye bazasının gücləndirilməsinə, həmçinin məlumat və süni intellekt sahəsində ölkənin suverenliyinin təmin edilməsinə yönəlib. Şirkətlər müdafiə sahəsində pilotsuz sistemlərdən və süni intellektdən istifadənin genişlənməsi fonunda əməkdaşlığı gücləndirməyi planlaşdırırlar.

"Mitsubishi Heavy Industries" və NEC, həmçinin müdafiə avadanlıqlarının bulud texnologiyaları ilə inteqrasiyası çərçivəsində yeni idarəetmə və nəzarət sistemlərinin hazırlanmasında iştirak etməyi planlaşdırırlar.

Şirkətlər Yaponiyanın müdafiə imkanlarının gücləndirilməsinə və transformasiyasına yönəlmiş yüksək etibarlı məhsul və xidmətlər təqdim etmək üçün öz üstünlüklərindən istifadə edəcəklər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]