Özünə qeyri adı cəza növü seçən Yaponiya İmperator Ordusunda xidmət etmiş ordu generalı.

4-09-2026, 08:04           
Özünə qeyri adı cəza növü seçən Yaponiya İmperator Ordusunda xidmət etmiş ordu generalı.
Hitoshi İmamura (28 iyun 1886 – 4 oktyabr 1968) — İkinci Dünya müharibəsi dövründə Yaponiya İmperator Ordusunda xidmət etmiş ordu generalı.
Müharibədən sonra hərbi cinayətlərdə təqsirli bilinsə də, peşmançılıq hissi və cəzasını bitirdikdən sonra özünə verdiyi qeyri-adi cəza ilə hərb tarixinin diqqətçəkən fiqurlarından birinə çevrilmişdir.
1945-ci ildə müharibə bitdikdən sonra Avstraliya hərbi məhkəməsi tərəfindən tabeçiliyində olan əsgərlərin hərbi əsirlərə qarşı törətdiyi cinayətlərin və qəddarlıqların qarşısını ala bilmədiyi üçün 10 il azadlıqdan məhrum edildi. ​O, Sugamo həbsxanasında cəzasını çəkdikdən sonra 1954-cü ildə azadlığa buraxıldı.
​İmamura ona verilən 10 illik həbs cəzasını öz tabeçiliyində ölənlər və əziyyət çəkən insanlara nəzərən "həddindən artıq yüngül" hesab edirdi. Vicdan əzabı çəkən general Tokio şəhərindəki evinin bağçasında həbsxana kamerasının dəqiq bir kopyasını tikdirdi.
​Həyatının qalan 14 ilini könüllü olaraq bu kiçik kamerada təcriddə keçirdi, kitablar yazdı, qazancını müharibədə həlak olan əsgərlərin ailələrinə bağışladı və 1968-ci ildə orada vəfat etdi.
Bağatur Şad Yalquzaq












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]