Yaponiyada Şinmoe Vulkanı fəallaşıb

11-08-2025, 12:24           
Yaponiyada Şinmoe Vulkanı fəallaşıb
Yaponiyada fəallaşan Şinmoe Vulkanı 3 kilometr hündürlüyə kül püskürtməyə başlayıb. AYNA.AZ xəbər verir ki, bu barədə Japan News məlumat yayıb.

Məlumata görə, ölkənin cənub-qərbində yerləşən Şinmoe Vulkanı gecəyarısı fəaliyyətə keçib. Vulkan hazırda 3 kilometr hündürlüyə kül püskürdür.

Yaponiya Meteorologiya Agentliyi, vulkanın püskürtdüyü kiçik vulkanik qayaların ətraf ərazilərə düşə biləcəyi barədə xəbərdarlıq edib.

Şinmoe Vulkanı 27 iyun tarixindən bəri fasilələrlə fəaliyyət göstərir.

Qeyd edək ki, “Pasifik atəş halqası” adlanan zəlzələ və vulkan qurşağında yerləşən Yaponiyada 100-dən çox aktiv vulkan mövcuddur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]