Nigerdə vəziyyət kritik həddə çatdı

11-08-2023, 00:04           
Nigerdə vəziyyət kritik həddə çatdı
Nigerin cənub-qərbində sanksiyalar fonunda Kandaji su elektrik stansiyasının tikintisi dayandırılıb.

Publika.az xəbər verir ki, bu barədə "rfi.fr" Çinin "China Gezhouba Group" şirkətinin məktubuna istinadən məlumat yayıb.

"Biz bütün tikinti işlərini dayandırmağa məcburuq", - qeyd olunub.

Məktubda o da qeyd edilib ki, sanksiyalarla bağlı yaranmış “fors-major” nəticəsində şirkət hesabları ödəyə bilmir. Yerli işçilərlə müqavilələr də mərhələli şəkildə ləğv edilir.

Xatırladaq ki, İyulun 26-da səhər saatlarında Niger prezidentinin mühafizəsi prezident Məhəmməd Bazumu paytaxt Niameydəki iqamətgahında saxlayıb. Hərbçilər prezident Mohamed Bazumu vəzifədən kənarlaşdırıb, ölkənin sərhədlərini bağlayıb və komendant saatı elan ediblər. Ölkədə bütün qurumların fəaliyyəti dayandırılıb, hökumət nümayəndələrinin fiziki toxunulmazlığına zəmanət verildiyi barədə bəyanat yayılıb. Üsyançıların prezidenti istefa ərizəsini imzalamağa məcbur etdikləri, lakin onun bundan imtina etdiyi irəli sürülür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]