Almaniya Rusiyanın nüvə sektorunun Aİ-nin sanksiyalar paketinə daxil edilməsini istəyir

15-04-2023, 11:27           
Almaniya Rusiyanın nüvə sektorunun Aİ-nin sanksiyalar paketinə daxil edilməsini istəyir
Almaniya hökuməti Rusiyanın nüvə sektorunun Avropa İttifaqının (Aİ) 11-ci sanksiya paketinə daxil edilməsini dəstəkləyir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın vitse-kansleri, iqtisadiyyat və iqlimin mühafizəsi naziri Robert Habek DPA agentliyinə müsahibəsində bildirib.

“Nüvə texnologiyası çox həssas sahədir və burada Rusiyanı artıq etibarlı tərəfdaş hesab etmək olmaz”, - o deyib.

R.Habek hesab edir ki, Rusiya enerji resurslarından asılılıqdan təzyiq göstərmək üçün istifadə edir.

“Bununla əlaqədar olaraq, Almaniya hökuməti Avropa Komissiyasına Rusiyanın mülki nüvə sektorunun sanksiya siyahısına daxil edilməsi zərurəti barədə məlumat verib. Bu, növbəti sanksiyalar paketinin bir hissəsi olmalıdır”, - alman nazir söyləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]