Roma Papası dünyaya çağırış etdi

10-04-2023, 00:00           
Roma Papası dünyaya çağırış etdi
Roma Papası Fransisk 100 minə yaxın insanın toplaşdığı Vatikanın Müqəddəs Pyotr meydanında xristianların Pasxa bayramında ənənəvi təbrikini çatdırıb.
Bakupost.az xəbər verir ki, o, sülhə və xalqlar arasında etibarlı münasibətlərin qurulmasına çağırıb.
“Gəlin, biz də insanlar və millətlər arasında qarşılıqlı etimad yoluna getməyə tələsək", - Papa bildirib.
O, Ukrayna xalqı üçün sülh, Rusiya xalqı üzərində Pasxa işığının parlaması üçün də dua edib:
“Rəbb yaralılara şəfa versin, əsirlər evlərinə qayıtsın və bütün beynəlxalq ictimaiyyət dünyada müharibəni dayandırmağa çalışsın”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]