ABŞ Rusiyada hərbi xidmətdən yayınanların bütün müraciətlərinə fərdi qaydada baxacaq

27-09-2022, 10:38           
ABŞ Rusiyada hərbi xidmətdən yayınanların bütün müraciətlərinə fərdi qaydada baxacaq
ABŞ hakimiyyət orqanlarının nümayəndələri qismən səfərbərliklə əlaqədar Rusiya vətəndaşlarının sığınacaq üçün müraciətlərinə fərdi qaydada baxacaqlar.

Bunu Ağ Evin mətbuat katibi Karin Jan-Pyer sentyabrın 26-da jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

“Belə şəxslərin müraciətlərinə fərdi qaydada baxılacaq. Biz bu məsələdəki rolumuzu belə görürük”, - deyə o, jurnalistlərin sualını cavablandırıb.

Xatırladaq ki, Rusiyada qismən səfərbərliyin tətbiqi haqqında fərmanı Rusiya prezidenti Vladimir Putin 2022-ci il sentyabrın 21-də imzalayıb.

Mənbə: rossaprimavera.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]