Rusiyalı müxalifətçi Gürcüstana buraxılmayıb

31-01-2022, 18:04           
Rusiyalı müxalifətçi Gürcüstana buraxılmayıb
Ukraynanın paytaxtı Kiyevdən Tbilisiyə gedən rusiyalı müxalifətçi, Dövlət Dumasının keçmiş deputatı Dmitri Qudkov Gürcüstana buraxılmayıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə siyasətçi teleqram kanalında yerləşdirdiyi videomüraciətdə bildirib.

D.Qudkov Tbilisiyə fəallar və diplomatlarla görüşmək məqsədilə gəldiyini deyib.

“Qərar siyasidir. Səfərim barədə hamıya xəbərdarlıq edilib. Mən rəsmi dəvət əsasında gəlmişəm”, - o qeyd edib.

Siyasətçi əlavə edib ki, onun mehmanxanada bronu və geriyə bileti də olub.

D.Qudkovun Gürcüstandan artıq Kiyevə deportasiya edildiyi barədə məlumatlar yayılıb.

Qeyd edək ki, Rusiyada əmlaka külli miqdarda zərər vurmaqla bağlı cinayət işində adı keçən D.Qudkov ötən il ölkəni tərk edib. Onun daha sonra Bolqarıstana getdiyi bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]