Slovakiyalı jurnalist sifarişlə qətlə yetirilib

3-11-2018, 08:08           
Slovakiyalı jurnalist sifarişlə qətlə yetirilib
Slovakiyada tədqiqatçı jurnalist Yan Kuçiakın və nişanlısının bu ilin fevralında qətlə yetirilməsindən doqquz ay sonra təhqiqatçılar cinayət işini yekunlaşdırmaq üzrədirlər.

AZƏRTAC xəbər verir ki, jurnalistin qətli Slovakiyada siyasi böhrana səbəb olub və hökumətin istefası ilə nəticələnib. Yerli və xarici medianın diqqətində olan qətl hadisəsi ilə bağlı dörd nəfər həbs edilib. Hazırda Slovakiyanın prokurorluq orqanları həmin şəxslərə qarşı inkarolunmaz sübutlara malik olduqlarını bəyan ediblər və cinayət işinin tezliklə məhkəməyə çıxarılacağı gözlənilir. Baş prokurorluq cinayət əməlinin törədilməsi üçün cinayətkarlara 70 min avro ödənildiyini bəyan edib.

Korrupsiya halları ilə bağlı araşdırmalar aparan jurnalistin məhz ifşaedici yazılarına görə qətlə yetirilməsinə dair mətbuatda geniş məqalələr dərc olunsa da, qətlin arxasındakı sifarişçinin kimliyini məhkəmə müəyyən etməli olacaq.

Qeyd edək ki, www.aktuality.sk saytının əməkdaşı olan 27 yaşlı jurnalist Yan Kuçiak fevralın 25-də nişanlısı ilə birlikdə qətlə yetirilib. Həmkarları onun qətlinin İtaliyanın Ndranqeta mafiya şəbəkəsinin Slovakiyanın iri şirkətləri və hökumət dairələri ilə əlaqələrinə dair ifşaedici araşdırmaları ilə bağlı olduğunu iddia edirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]