Artıq bu fotonun da həqiqəti üzə çıxdı.
4-08-2026, 08:04

Kong Nyong — 1993-cü ildə fotoqraf Kevin Carter tərəfindən Sudanın Ayod kəndində çəkilmiş və dünyaya "Kərkəs və balaca qız" (The Vulture and the Little Girl) adı ilə tanınan məşhur fotoşəkildəki uşaqdır.
Uzun illər boyunca fotoşəkildəki uşağın qız olduğu və kərkəsin hücumuna məruz qalaraq həlak olduğu zənn edilirdi. Lakin 2011-ci ildə İspaniyanın "El Mundo" qəzetinin müxbirləri hadisənin baş verdiyi Ayod kəndinə gedərək arxivləri və yerli sakinləri araşdırdılar. Bu araşdırma nəticəsində məlum oldu ki, fotodakı uşaq oğlandır və adı Kong Nyong-dur.
1993-cü ildə Sudanda baş verən dəhşətli aclıq və vətəndaş müharibəsi dövründə BMT bölmələri Ayod kəndinə ərzaq yardımı gətirmişdi. Kong Nyong-un valideynləri təyyarədən humanitar yardımı boşaltmaqla məşğul olarkən, zəifləmiş balaca Kong bir anlıq tək qalmışdı. Fotoda onun qolunda BMT-nin qida məntəqəsinə aid olan ağ rəngli plastik qolbaq görünür.
Fotoqraf Kevin Carter kadrı çəkdikdən sonra kərkəsi qovmuş, uşaq isə valideynlərinin yanına — BMT-nin qidalanma mərkəzinə çataraq tibbi və ərzaq yardımı almışdı.
Kong Nyong həmin gün və ya həmin dövrdə aclıqdan və ya kərkəsin hücumundan vəfat etmədi. O, böyüyüb kəndində yaşamağa davam etdi. Ailəsinin və kənd ağsaqqallarının verdiyi məlumata görə, Kong Nyong fotonun çəkildiyi vaxtdan illər sonra — 2008-ci ildə (bəzi mənbələrə görə 2007-ci ildə) malyariya (qızdırma) xəstəliyindən dünyasını dəyişib.
Ps: Şəkildəki şəxs Kong Nyong-un yaxın ailə üzvlərindən biridir.
Sahil Born To Die

