Mavi balina drona sərrast fəvvarə “atəşi açdı” – VİDEO

30-03-2020, 12:11           
Mavi balina drona sərrast fəvvarə “atəşi açdı” – VİDEO
Balinaların həyat tərzini araşdıran "Ocean Alliance” şirkəti maraqlı video paylaşıb.

"National Geographic” xəbər verir ki, pilotsuz uçuş aparatlarını istifadə etməyə başlayan şirkət balinaları okeanda müşahidə edərək onlar barəsində daha dəqiq və geniş məlumat toplamaq imkanı əldə edib.

Bu araşdırmalara həmçinin balinanın dəniz səthinə qalxaraq havaya fəvvarə buraxması da daxildir.

Maraqlıdır ki, öncə bir çox alim bu fəvvarənin sudan ibarət olduğunu hesab edirdi.

Lakin alınan məlumatlar, onun tərkibində bakteriyaların, rütubətin və isti havanın olduğunu sübuta yetirib.

Qeyd etmək lazımdır ki, mütəmadi olaraq balinaların "atəşinə” məruz qalan bu dronlar nəhəng canlılar barəsində maraqlı bilgi əldə etməyə şərait yaradır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]