Koronavirusla bağlı qorxudan araşdırma - 17 gün yaşayırmış...

25-03-2020, 00:00           
Koronavirusla bağlı qorxudan araşdırma -
Koronavirusla bağlı qorxudan araşdırma - 17 gün yaşayırmış...
Yaponiyada karantinə alınan kruiz gəmisində iki həftə sonra koronavirusun izlərinə rast gəlinib.

Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, “Diamond Princess” kruiz gəmisində virusun izlərinə sərnişinlərin təxliyə edilməsindən 17 gün sonra rast gəlinib.

Araşdırmaçıları təəccübləndirən nəticələrə görə, koronovirus səth üzərində iki həftədən artıq qala bilərmiş.

Bundan əvvəl aparılan araşdırma zamanı virusun üç günə qədər yaşaya bildiyi və gün keçdikcə zərər verməsinin zəiflədiyi bildirilirdi.

Xatırladaq ki, koronavirusun tüğyan etdiyi “Diamond Princess” kruiz gəmisi 4 Fevraldan bəri paytaxt Tokionun yaxınlığında yerləşən Yokohama limanında karantinə götürülüb. Gəmidə virusa yoluxan sərnişinlərin sayının 542 nəfər olduğu bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]