Yarasa, dəvə, çiçək və sonda insan: Öldürücü virus belə yayılır - DİQQƏT

23-01-2020, 17:50           
Yarasa, dəvə, çiçək və sonda insan: Öldürücü virus belə yayılır - DİQQƏT
Çində sürətlə yayılan, insan tələfatına səbəb olan koronovirusun mənşəyi ilə bağlı yeni məlumatlar ortaya çıxıb.

Cebhe.info xəbər verir ki, bu barədə məlumat “Journal of Medical Virology"da dərc olunub.

Belə ki, ekspertlər Çindəki virusun mənbəyinin vəhşi heyvanlar ola biləcəyini təxmin edir.

Mütəxəssislər yeni yayılan virusun "SARS-CoV"la oxşar əlamətlərə malik olduğunu bildiriblər.

Qeyd olunur ki, viruslar genetik mutasiya keçib və insana yoluxmaq xüsusiyyəti qazanıb.

Belə ki, "SARS-CoV" və "MERS-CoV" viruslarının hər ikisinin mənbəyinin yarasalar olduğu bildirilir. Yarasalardan sonra dəvələr, Hamalay çiçəkləri və sonunda insanlar virusa yoluxub.

Elmi rəylərə görə, “2019-nCoV” virusu yarasalardakı koronovirusla ilanda rast gəlinən, naməlum mənşəli virusun birləşməsindən törəyib.

Xatırladaq ki, 23 yanvarda olan məlumata görə, Çində xəstə sayı 617 olub. 17 nəfər ölüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]