“Sistemdə olan səhvə görə, mən niyə cəza çəkməliyəm?” – Kəlbəcər sakini ünvanlı sosial yardım verilməməsindən ŞİKAYƏTÇİDİR

7-11-2025, 10:27           
“Sistemdə olan səhvə görə, mən niyə cəza çəkməliyəm?” –
Kəlbəcər rayon sakini Allahverdiyev Cahad Dilqəm oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifəli şəxslərindən şikayətçidir:

“Mən, Allahverdiyev Cahad Dilqəm oğlu, yazaraq bildirirəm ki, ünvanlı sosial yardım almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdim.

Özüm keçmiş məcburi köçkünəm. Müraciət edərkən yaşadığım ünvanı, yəni Gəncə şəhəri, Gülüstan qəsəbəsini qeyd etmişdim. Nazirliyin əməkdaşları isə Daşkəsən rayon, Quşçu kəndinə gediblər. Ordan mənə zəng vurub ünvanımı soruşurlar. Deyirəmki, siz hara getmisiniz, niyə oradasınız? Cavab verdilər ki, sistemdə sizin yaşadığınız ünvanı buradır...

Deyəsən, bu da imtina verməyin bir yoludur. Hətta nazirliyin əməkdaşları dedilər ki, sistemdə arada belə səhvlər olur. Günah özlərində olsa da bildirdilər ki, imtina verməyə məcburuq.

Belə haqsızlıq olar? Sistemdə olan səhvə görə, mən niyə cəza çəkməliyəm?”

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]