Göyçay Xəstəxanasında KT aparatı 500 manata görə işləmir!

29-10-2025, 00:08           
Göyçay Xəstəxanasında KT aparatı 500 manata görə işləmir!
Göyçay sakini, ictimai fəal Məhəmmədəli Səmədov yazır;

"Göyçay Rayon Mərkəzi Xəstəxanasında kompüter tomoqrafiyası (KT) aparatı bir müddətdir sıradan çıxıb. Məlumata görə, aparatın təmiri üçün cəmi 500 manat lazımdır!

Bu səbəbdən xəstələr müayinə üçün digər klinikalara yönləndirilir, vaxt və enerji itirirlər. KT-ni işlədən yeganə həkim Cavad Cavadov həm Skopia, həm də KT müayinələrini aparır – nəticədə növbələr uzanır, xəstələr əziyyət çəkir.

Əvvəllər bu sahədə ayrıca mütəxəssis olsa da, sabiq direktor onu əsassız olaraq işdən uzaqlaşdırıb.

TƏBİB və aidiyyəti qurumlardan xahiş olunur: KT aparatı təmir edilib istifadəyə verilsin və bu sahəyə ixtisaslı həkim təyin olunsun!"
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]