Nəticədə toplanan vəsaitin çoxu öz və İcra Hakimiyyətinin başçısının cibinə gedir.

29-10-2025, 00:01           
Nəticədə toplanan vəsaitin çoxu öz və İcra Hakimiyyətinin başçısının cibinə gedir.
Deməli ölkə ərazisində bələdiyyələrin işinin təşkili bərbad vəziyyətdədir. Qanunla müəyyən edilmiş vergilər var ki, bələdiyyə toplamalıdır. Məsələn əmlak vergisi. Lakin bələdiyyələr rəqəmsal elektron sistemə inteqrasiya edilməyib deyə vergiləri toplamaq mümkün deyil.
Məsələn, bir vətəndaş digərindən ipoteka ilə mənzil alır. Kredit sənədləşməsi zamanı alqı-satqı üzrə mənzilə dair bütün borclar sıfırlanmalıdır. Bu qanunla tələb kimi qoyulub və icra olunmadığı təqdirdə İpoteka müqaviləsi bağlamaq mümkün deyil.
Mənzilə aid su, elektrik, qaz, internet, telefon bütün borclar tam ödənilməlidir. Lakin bank İpoteka üzrə alqı-satqı zamanı bələdiyyəyə ödənilməli olan vergini tələb kimi irəli sürmür. Çünki, bələdiyyə vergi öhdəlikləri elektron sistemə inteqrasiya edilməyib. Nəticədə ev alqı satqı edilir. Bələdiyyə xəbər tutur ki, artıq mənzilin yeni sahibi var. Ya nəsib, ya qismət deyib düşür yeni ev sahibinin canına ki, bəs əmlak vergisini ödəməlisən. Yeni sahib də köhnə sahibə müraciət edir ki, neçə ildir əmlak vergisini verməmisən gətir ver. Evin köhnə sahibi də deyir sən də vermə.
Beləcə bələdiyyələrin elektron hökumət sisteminə inteqrasiya olunmaması hər il milyonlarla manatın vergidən kənarda qalmasına səbəb olur.
Bu yayınma kimə xeyirdi?
Bələdiyyə sədrlərinə. Çünki nağd topladıqları əmlak vergisini sistemə vurmurlar. Nəticədə toplanan vəsaitin çoxu öz və İcra Hakimiyyətinin başçısının cibinə gedir.
Razi Abasbəyli
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]