İcra Başçısı Vidadi İsayev 4 manatlıq şirkəti 100 min AZN-lik tenderdə qalib etdi

19-08-2023, 11:28           
İcra Başçısı Vidadi İsayev 4 manatlıq şirkəti 100 min AZN-lik tenderdə qalib etdi
Bərdə Rayon İcra Hakimiyyətinin "Parkların abadlıqlaşdırılması işlərinin satınalınması" ilə bağlı elan etdiyi tender başa çatıb.

Teref.az-ın 32gun.az-a istinadən məlumatına görə, icra orqanının elan etdiyi tenderin qalibi "AYPARA-İNŞAAT" MMC olub. Tərəflər arasında 99.916,5 AZN-lik müqavilə imzalanıb.

Bildirək ki, nizamanmə kapitalı 4 AZN olan "AYPARA-İNŞAAT" MMC-nin qanuni təmsilçi MAARİF MİKAYILOV AYDIN OĞLUdur.

Xatırladaq ki, Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]