Azərbaycanda dərs zamanı DƏHŞƏT – Tavan şagirdlərin üstünə düşdü – VİDEO

27-11-2022, 09:41           
Azərbaycanda dərs zamanı DƏHŞƏT –
Şəkidə dərs vaxtı sinfin tavanının bir hissəsi qoparaq şagirdlərin üzərinə düşüb.

Teref.az-ın Xezerxeber.az-a istinadla məlumatına görə, hadisə Şəkinin Çayqaraqoyunlu kənd məktəbində baş verib.

9-cu sinif şağirdləri dərs zamanı qorxu dolu anlar yaşayıblar. Tavanın üstündə olan torpaq zibil qatıyla birlikdə uşaqların üstünə düşdüyündən bəzi şagirdlər stres keçiriblər. Məktəbə dərhal təcili tibbi xidmət əməkdaşları çağırılıb, 4 şağirdə ilkin tibbi yardım göstərilib.

Valideynlər deyirlər ki, baş vermiş hadisə ilə bağlı heç kim xəsarət almasa da, məktəbdə qəzalı vəziyyətin davam etməsi övladlarının aqibəti baxımından onları ciddi narahat edir.

Fövqəlada Hallar Nazirliyinin müvafiq qurumları məktəbin 2-ci korpusuna və 3-cü korpusunda bir neçə sinif otağı ilə müəllimlər otağına girişi qadağan edib.

Şəki-Zaqatala Regional Təhsil İdarəsi də baş verən hadisədən xəbərdardır. İdarənin əməkdaşı Mahal Məmmədov bildirib ki, şagirdlər təhlükəsizlik üçün məktəbin qəza təhlükəsi olmayan digər sinif otaqlarına yönləndirilib və mövcud çətinliyin aradan qaldırılması üçün işlərə başlanıb. Məktəbin yay aylarında əsaslı təmiri nəzərdə tutulur.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]