Banklar niyə bankomata dollar yerləşdirmir?

17-03-2020, 20:40           
Banklar niyə bankomata dollar yerləşdirmir?
Koronavirus təhlükəsi hökuməti canlı toxunuşlardan yayınmağa vadar edən rejimə keçməyə yönəldib. Hətta müraciətlərin, təhsilin distant metoduna keçilməsi baş verməkdədir. Bircə valyuta dəyişməsində “dədə-baba metodu”na, yəni nağd ödənişə üstünlük verilməsi ciddi rahatsızlıq doğurur. Belə metodla müştərilərin virusa yoluxma təhlükəsi də artır. Maraqlıdır, banklar nəyə görə, hər müştəriyə müəyyən limit həddində bankomatların araçılığı ilə xarici valyuta dəyişməyə imkan vermirlər?

Onu da vurğulayaq ki, əvvəllər bir çox banklar bankomatlara xarici valyuta da yerləşdirib , müştərinin seçiminə hörmətlə yanaşırdılar. Əksər ölkələrdə banklar öz vətəndaşlarının rahatlığını bu yolla təmin edirlər. Bizdə niyə olmasın? Hər halda, fikirləşməyə dəyər.

Məğrur Bədəlsoy
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]