Aİ buna qərar verərsə, geostrateji fəlakətlə üzləşəcək

2-09-2023, 11:24           
Aİ buna qərar verərsə, geostrateji fəlakətlə üzləşəcək
Albaniya, Bosniya və Herseqovina, Moldova, Şimali Makedoniya, Serbiya, Türkiyə, Ukrayna və Monteneqro hazırda Aİ-yə üzv olmaq üçün rəsmi namizəd statusuna malikdir.
Avropa İttifaqı Ukraynanı digər namizədlərdən daha tez İttifaqa qəbul etməyə qərar verərsə, geostrateji fəlakətlə üzləşəcək.
Bunu Avstriyanın xarici işlər naziri Alexander Şallenberq "Politico" nəşrinə müsahibəsində deyib.
"Biz başqa ölkələri kənara ataraq, Ukraynaya üstünlük verə bilmərik. Geostrateji nöqteyi-nəzərdən bu, fəlakət olardı", - o bildirib.
O qeyd edib ki, Avstriya Ukrayna və Moldovanın Aİ-yə daxil olması istiqamətində gələcək addımları dəstəkləyir: "Biz Qərbi Balkan ölkələrində belə təəssüratın yaranmasına imkan verə bilmərik", - deyə Şallenberq fikirlərini tamamlayıb.
Albaniya, Bosniya və Herseqovina, Moldova, Şimali Makedoniya, Serbiya, Türkiyə, Ukrayna və Monteneqro hazırda Aİ-yə üzv olmaq üçün rəsmi namizəd statusuna malikdir. Aİ-nin xarici siyasət idarəsinin rəhbəri Cozep Borrell daha əvvəl demişdi ki, ittifaq genişlənmənin yeni mərhələsinə hazırlığı gücləndirməli və 10 dövlətin qəbulu üçün vaxt çərçivəsini razılaşdırmalıdır.
sputnik












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]