Milli Məclisdə gərginlik: Deputat nazirlərə əsəbiləşdi - "Bizi saymırsınız!" - VİDEO

13-10-2021, 11:21           
Milli Məclisdə gərginlik: Deputat nazirlərə əsəbiləşdi -
“Büdcə müzakirələrində iştirak edən hökümət nümayəndələri bizim çıxışlarımıza etinadsız yanaşırlar”.

BAKU.WS “Xəzər” TV-yə istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin plenar iclasında deputat Tahir Kərimli deyib.

Millət vəkili hökümət nümayəndələrinin qaldırılan məsələlərə biganə yanaşmasını qınayıb. Deputat nazirlərin onların suallarına cavab verməməsindən də şikayətlənib:

“Uşaq pulunu həll edin deyirik, etmirsiniz! Qazın, işığın, çörəyin, benzinin qiymətini endirin deyirik, əksini edirsiniz! Bundan sonra da belə davam edirsiniz. Tarif şurası yaratmısınız, onun arxasında gizlənirsiniz, əhali də biz şikayət edir. Məndən dəfələrlə xahiş ediblər ki, Milli Məclisdə heç bir məsələ qaldırmayım. Onsuz da hər şeyi tərsinə edirsiniz. Biz dediklərimizi etmirsiniz! Bizi saymırsınız! Siz bizim qarşımızda bu cür hesabat veririsiniz?!”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]