Bu gənc təxminən 27 500 il əvvəl indiki İtaliyanın şimal-qərbindəki Liquriya ərazisində yaşayıb.

10-09-2026, 12:04           
Bu gənc təxminən 27 500 il əvvəl indiki İtaliyanın şimal-qərbindəki Liquriya ərazisində yaşayıb.
Öləndə 14-16 yaşlarında idi. Onun skeleti 1 may 1942-ci ildə Arene Kandide (Arene Candide) mağarasında aşkar edilib
​Onun cəsədi qırmızı oxra təbəqəsinin üzərində arxasıüstə uzadılmışdı. Başının ətrafında ehtimal ki, baş bəzəyi formalaşdıran yüzlərlə deşilmiş balıqqulağı və maral dişləri var idi. Yanına fil sümüyündən bəzəklər, maral buynuzundan hazırlanmış deşikli dörd əşya və sağ əlinə təxminən 23 santimetrlik çaxmaqdaşı tiəsi qoyulmuşdu.
​Kəşf edildiyi vaxtdan bəri sol çənənin və körpücük sümüyünün bir hissəsinin əskik olduğu məlum idi. Yeni bir tədqiqat skeleti sistemli şəkildə araşdırdı və daha geniş zədələnmə mənzərəsi aşkar etdi: kəllə və dişlərdə zədələr, boyun fəqərələrində ehtimal olunan sınıqlar, sol təpə sümüyü üzərində xətti iz və sağ incik sümüyündə deşik.
​Xəsarətlərin paylanması böyük bir yırtıcının hücumu ilə üst-üstə düşür. Tədqiqatçılara görə, ən ehtimal olunan izah bir ayı idi.
​Gəncin ayaqlarında da xəsarətlər var idi; bunlar arasında sol çeçələ barmağın sınığı və sağ aşıq sümüyündə zədələr var idi. Bu sınıqlara görə ayı hücum edəndə gənc qaça bilməmişdi.
​Ən təəccüblü məqam isə sümüklərin mikroskopik şəkildə öyrənilməsi zamanı üzə çıxdı. ​İlkin iltihab cavabının əlamətləri var idi.
​Bu o deməkdir ki, yaralar onu dərhal öldürməyib. Tədqiqatçılar hesab edirlər ki, kəllə, boyun və gövdəsindəki ağır zədələrə baxmayaraq, o, təxminən 48-72 saat sağ qalıb.
​Daha sonra onun icması İtaliyada məlum olan ən mürəkkəb Paleolit dəfn mərasimlərindən birini hazırlayıb. Hətta çənə və çiyin hissələrinin itdiyi nahiyəyə sarı oxra kütləsi yerləşdiriblər.
​Tədqiqatın müəllifləri bildirirlər ki, həmin mərasim onun ölümünün qeyri-adi zorakılığı və yaralı halda yaşadığı günlərlə bağlı ola bilərdi.
​Təxminən 28 000 il ərzində oxra, balıqqulaqları və çaxmaqdaşı tiəsi onun hekayəsinin bir hissəsini danışdı.
​Sümüklərindəki mikroskopik izlər isə digər hissəni bərpa etməyə imkan verib: Il Principe icması tərəfindən basdırıldığı mağaraya aparılmazdan əvvəl, ehtimal ki, Paleolit Avropasının ən təhlükəli heyvanlarından biri ilə qarşılaşmadan sonra günlərlə sağ qalıb.
✍️ Osman Eminov












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]