“Google” Rusiyada 4 milyon cərimələndi

17-08-2021, 22:14           
“Google” Rusiyada 4 milyon cərimələndi
Moskvada baş tutan məhkəmədə Rusiya Federal İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Agentliyinin (Roskomnadzor) “Google” şirkətinə qarşı iddiasına baxılıb.

Yenisabah.az xəbər verir ki, məhkəmə Rusiyada qadağan edilmiş məzmuna “Google” vasitəsilə daxil olunduğu üçün şirkətin qanunvericiliyə əməl etmədiyinə qərar verib.

Beləliklə, məhkəmə “Google” şirkətini 4 milyon rubl cərimə edib.

“Google” ötən ay Rusiyada oxşar pozuntulara görə ümumilikdə 12,5 milyon rubl cərimələnib./Modern.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]