32 yaşında 12-ci uşağını dünyaya gətirdi – FOTO

13-08-2021, 07:37           
32 yaşında 12-ci uşağını dünyaya gətirdi – FOTO
32 yaşında 12-ci övladı doğulan Britni Çerç ehtimal ki, daha uşaq dünyaya gətirməyəcəyini bildirib.

Bu barədə “The Sun” nəşri məlumat yayıb.

Çerç ilk uşağı Krizmanı 16 yaşında olarkən dünyaya gətirib.

32 yaşlı amerikalının “TikTok” hesabı var və o, müntəzəm olaraq böyük ailənin həyatından bəhs edən videolar dərc edir, abunəçilərin suallarını cavablandırır.

Çerç əri ilə birlikdə həftəlik ərzaq məhsulları üçün 230 funt sterlinq (541 manat) xərclədiyini bildirib. Onun sözlərinə görə, həftəyə beş qutu qarğıdalı lopası, 66 karton süd və 600 uşaq bezi istifadə olunur.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]