Bakıda nəqliyyat sisteminin kollaps yaşadığını, artıq hamı etiraf edir,...
15-09-2026, 12:38

Bakıda nəqliyyat sisteminin kollaps yaşadığını, artıq hamı etiraf edir, və indi bunun əsas səbəblərindən biri "28 May" və "Nizami" stansiyaları arasında qatarların hərəkəti müvəqqəti dayandırılması və aparılan təmir işləridir.
Əgər doğrudan da metroda aparılan təmir işləri bu qədər təsir edirsə-edəcəkdirsə, bu öncədən bilinirdi, bilinirdisə, o zaman təmir işlərini niyə avqustun sonunda başladılar ki?! Bunu kim-necə planlayır?! Əgər bu işlərin görünməsi vacib idisə, təmir işlərinə mayın sonunda, məktəb və Universiterlərin qapanışa getdiyi dövrdə başlamaq olmazdımı ki, heç olmasa təmirin 3-3,5 ayı yay mövsümünə düşsün?! İntensivliyin azaldığı dövrə düşsəydi, həm də yeni yaradılan avtobus marşrutları test edib, lazımı dəyişikliklər etmək olardı axı, elə deyil?!
Mayın sonunda təmir işlərinə başlayıb, qış tətilinə qədər təmiri bitirmək olardı ki, təhsil ilinin yalnız yarısı bu təmir dövrünə düşə bilərdi. İndi gözlədilər, avqustun sonuna yaxın başladılar, 8-9 ay davam edəcək, deməli, bütün təhsil ili təmir işləri dövrünə düşəcək və “ağıllı” qərar verənlər gələn yay, təhsil ili bitəndə təmir işlərinə də bitirib yolu açacaqlar. Nə isə...
Natig Jafarli

