Bakı məktəbləri bu qədər yüksək nəticə göstərirsə, ölkənin ümumi nəticəsi niyə bu qədər aşağıdır?

15-09-2026, 09:44           
Bakı məktəbləri bu qədər yüksək nəticə göstərirsə, ölkənin ümumi nəticəsi niyə bu qədər aşağıdır?
Elm və Təhsil Nazirliyi, Beynəlxalq Şagird Qiymətləndirmə Proqramının (PISA) nəticələrində Bakı şagirdlərinin riyaziyyat üzrə 460 bal topladığı, oxu savadlılığı üzrə də ciddi irəliləyiş göstərdiyi bildirib.
Amma Azərbaycan üzrə nəticə riyaziyyatda 422, oxu savadlılığında isə 374 baldır.
Burada ciddi suallar yaranır: Bakı məktəbləri bu qədər yüksək nəticə göstərirsə, ölkənin ümumi nəticəsi niyə bu qədər aşağıdır?
Ona görə də yalnız “460 bal” deməklə kifayətlənmək olmaz.
Bu nəticəni hansı məktəblər, hansı şagird qrupları və hansı təhsil mühiti yaradıb? Məktəbin real payı nə qədərdir?
Müəllimlərin aktiv olub məni məlumatlandırmasını arzu edirəm.
Gunel Musa












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]