Həyatda tez-tez olur: yalanın üstü, nə qədər gizlədib ört-basdır etsən belə, gözləmədiyin tərəfdən açılıb ortaya çıxır VİDEO
14-09-2026, 10:06
Və qalırsan belə. ABŞ prezidenti Tramp bu gün çıxış edərək, Zelenskiydən Rusiyanın neft emalı zavodlarına hücumu dayandırmağı xahiş etdi: "Mister (cənab) Zelenski Rusiyada olan dizel yanacağını məhv etməyi dayandırdın. Qoy o, digər hədəflərə hücum etsin, amma ki, dizel yanacağına yox, çünki bu hal dünyada qıtlığa səbəb olur. Bir çox başqa hədəflər də var də, dizel yanacağına hücum etməyin, çünki bu, bütün dünyaya zərər verir, sizin bu hücumlar." Sual yaranır. Yəni ki, Ukraynanın son aylarda Rusiyanın neft infrastrukturlsrına hücumları, dağıdıcı partlayışlar, Moskva etiraf etməsə də nəinki, Rusiyanın, hətta bütün dünyanın dizel böhranı yaşaması qədər güclü təsirli olubmu? Yəqin ki, olub. Olmasa, Tramp xüsusi müraciət ilə niyə etsin, bu barədə? Demək ki, Tramp bu çıxışı ilə Moskvanın gizlətdiyi və bilinməsnii özünə sığışdırmayıb məxfi saxladığı bir faktın üstünü açıb. Bu, özü də sülhə aparan faktdır. Demək, ki, bütün bu, Ukrayna zərbələri güclü effektli və Rusiya üçün güclü dağıdıcı zərərli, Kremli isə bərk hirsləndiricı olub. Demək, yalnız adekvat cavab Kreml tərəfi sülhə gətirə.bilər. Ilqar Altay