Dronlar ilk dəfə Şimal qütb dairəsinin arxasına uçdu- Rusiyanın 3000 km-likdəki "qaz ürəyinə" zərbə vurdu...-+VİDEO

14-09-2026, 08:58           
Dronlar ilk dəfə Şimal qütb dairəsinin arxasına  uçdu- Rusiyanın 3000 km-likdəki  "qaz ürəyinə" zərbə vurdu...-+VİDEO
"Beynəlxalq ekspertlər Ukrayna dronlarının Rusiya logistikasına və hərbi iqtisadiyyatına vurduğu ümumi ziyanı 10 milyard dollar həcmində qiymətləndirirlər..."

Ukrayna pilotsuz uçuş aparatları müharibə tarixində rekord məsafə qət edərək Rusiyanın Arktika zonasındakı ən strateji qaz infrastrukturunu hədəf alıb.

Moderator.az bu haqda “TSN"-ə istinadla xəbər verir.

Məlumata görə, Ukrayna dronları sərhəddən 3 000 kilometrdən çox məsafə uçaraq ilk dəfə Şimal Qütb Dairəsinin arxasına keçib və Rusiyanın qaz hasilatının ürəyi sayılan Yamalo-Nenets Muxtar Dairəsinə sarsıdıcı zərbə vurub.

"Müdafiə Qüvvələrinin bu hücumu nəticəsində Rusiyanın ən böyük qaz nəhəngləri sayılan Novıy Urenqoy və Purovski zavodları alova bürünüb. Sözügedən region Rusiyanın ümumi təbii qaz hasilatının 80%-ni təmin edir və Kremllə qlobal bazarlar arasında əsas qovşaq rolu oynayır. Hücuma məruz qalan hər iki müəssisə Rusiya iqtisadiyyatı üçün "ağ neft" hesab edilən qiymətli qaz kondensatının emalı və nəqli ilə məşğuldur. Bu xammaldan yüksək keyfiyyətli benzin, dizel və aviasiya kerosini istehsal olunur", - "TSN Nedelya" nəşrinin hazırladığı geniş şərhdə belə deyiıir.

Ekspertlərin fikrincə, Ukrayna dronlarının bu uğurlu əməliyyatı Rusiya neft-qaz sənayesinə vurulan ən dərin və ağır zərbədir. Cari ilin əvvəlindən bəri Rusiya neft emalı zavodlarına edilən ümumilikdə 70-dən çox hücum ölkədə yanacaq hasilatını son 20 ilin ən aşağı səviyyəsinə salıb. Rusiya artıq daxili tələbatını tam ödəyə bilmir və bəzi regionlarda benzin satışına limitlər tətbiq olunub. Vəziyyətin kritikliyini göstərən digər məqam isə Rusiyanın daxili böhranı gizlətmək üçün Hindistan, Mərakeş və Türkiyədən dəniz yolu ilə yanacaq idxal etməyə başlamasıdır.

Eyni zamanda vurğulanır ki, Arktikadakı qaz infrastrukturuna zərbələr Avropa bazarında dərhal əks-səda doğurub və qazın qiymətində kəskin sıçrayış qeydə alınıb. İndiyədək tamamilə təhlükəsiz arxa cəbhə sayılan Yamal bölgəsinin hədəfə çevrilməsi Moskvanın hərbi və iqtisadi planlarını alt-üst edir.

Məqalədə o da qeyd olunur ki, Ukrayna ordusu son günlər Rusiyanın hərbi-sənaye kompleksinə daxil olan bir neçə mühüm kimya zavoduna, eləcə də Novorossiyskdəki hərbi-dəniz bazasına kütləvi zərbələr endirərək Rusiya donanmasının "Kalibr" raketdaşıyıcılarına ciddi ziyan vurub. Beynəlxalq ekspertlər Ukrayna dronlarının Rusiya logistikasına və hərbi iqtisadiyyatına vurduğu ümumi ziyanı 10 milyard dollar həcmində qiymətləndirirlər.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]